6 prioritet, 24 məqsəd, 119 tədbir| Qardaş ölkənin Milli SZ Strategiyası yayımlandı
Ölkənin Rəqəmsal İnkişaf Ofisi Rəhbərliyi və Sənaye və Texnologiya Nazirliyi tərəfindən 11-ci İnkişaf Planı və 2021-ci il üçün İllik Proqrama uyğun olaraq hazırlanan sənəd Türkiyənin Süni Zəka (SZ) sahəsində 2025-ci ilə qədər həyata keçirəcəyi işlərin yol xəritəsidir.
Strategiyanın prioritetləri və bu çərçivədəki məqsəd və tədbirlər “Rəqəmsal Türkiyə” və “Milli Texnologiya Hərəkatı” vizyonları çərçivəsində müəyyən edilib.
“Rəqəmsal Türkiyə” rəqəmsal texnologiya, məhsul və xidmətləri sosial, iqtisadi və ictimai fəaliyyətlərində istifadə edərək əldə olunan məhsuldarlıq və məlumatlardan qazanılan dəyərlə dünya miqyasında rəqabətli Türkiyə qurmağı hədəfləyir.
Milli və orijinal yüksək texnologiyalı məhsullar istehsal etmək üçün Türkiyənin insan və resurs qabiliyyətini inkişaf etdirməyi hədəfləyən “Milli Texnologiya Hərəkatı” iqtisadi və texnoloji müstəqilliyi gücləndirməyi və kritik texnologiyalarda inkişaflara səbəb olacaq siyasət və tətbiqləri həyata keçirməyi hədəfləyir.
Prezident R.T. Ərdoğan ön söz yazıb
Sənaye və Texnologiya Nazirliyindən verilən açıqlamaya görə, strategiyanın ön sözünü Prezident Rəcəb Tayyib Ərdoğan yazıb. SZ-yə əsaslanan sistemlərin istehsal prosesləri, peşələr, gündəlik həyat və institusional quruluşlar üzərində köklü transformasiya təsiri olduğunu ifadə edən Ərdoğan bunun insanlığı yeni dövrün astanasına gətirdiyini qeyd edib.
“Tətbiq sahəsi artan SZ texnologiyalarının qlobal iqtisadi nizama internet inqilabından daha çox təsir göstərəcəyi gözlənilir”, - deyə Ərdoğan qeyd edib.
O, yazısında Türkiyədə SZ-yə doğru ilk addımı atan kibernetikanın qurucusu Əl-Cəzəri və professor Cahit Arfdan bəhs edib.
“İnanırıq ki, ölkəmizin SZ sahəsində yeni addım atmasının vaxtı çatıb”, - deyə yazan Ərdoğan sözlərinə belə davam edir: “SZ sistemlərinin ortaq dəyərlərimizə uyğun olaraq inkişafı və istismarını ehtiva edən anlayışla dizayn edilməsi sayəsində köklü sivilizasiya təcrübəmizlə qarışan yeni texno-iqtisadi addım ataraq bütövlükdə bəşəriyyətə dəyər qatmaq imkanımız var”.
6 prioritet, 24 məqsəd, 119 tədbir
Milli Süni Zəka Strategiyası 6 strateji prioritet ətrafında tərtib edilib. Prioritetlər bunlardır:
- SZ mütəxəssislərinin hazırlanması və bu sahədə məşğulluğun artırılması;
- Araşdırma, sahibkarlıq və innovasiyanın dəstəklənməsi;
- Keyfiyyətli məlumatlara və texniki infrastruktura çıxış;
- Sosial-iqtisadi adaptasiyanı sürətləndirmək üçün tədbirlər görmək;
- Beynəlxalq əməkdaşlığın gücləndirilməsi;
- Güc transformasiyasını sürətləndirmək üçün struktur yaradılması və iş görülməsi.
Strategiya bu prioritetlər kontekstində 24 məqsəd və 119 tədbiri də əhatə edir. Strategiyada müəyyən edilən 2025-ci il hədəflərindən bəziləri bunlardır:
ÜDM-ə töhfə 5 faizə qədər artırılacaq. Ən az 50 min adam işlə təmin ediləcək. Mərkəzi və yerli hökumətlərdə SZ sahəsində məşğulluq ən az 1000 nəfər olacaq. Məzunların sayı magistratura səviyyədə ən az 10 min adama çatacaq. Dövlət satınalmalarında və kommersiyalaşdırmada inkişaf etdirilən tətbiqlərə üstünlük veriləcək. Etibarlı və məsuliyyətli SZ ilə sərhədlərarası məlumat mübadiləsi sahəsində beynəlxalq təşkilatların tənzimləmə işlərinə və standartlaşdırma proseslərinə fəal töhfə veriləcək. Türkiyə beynəlxalq SZ indekslərində sıralamada ilk 20 ölkə arasında olacaq.
Vitse-Prezident sədrlik edəcək
Strategiyanı izləmək və prosesləri idarə etmək üçün “Milli Süni Zəka Strategiyası Rəhbər Komitəsi” yaradılacaq. Vitse-prezidentin rəhbərlik edəcəyi Kollegiya iclaslarına Rəqəmsal Dönüşüm Ofisinin rəhbəri və Sənaye və Texnologiya Nazirinin müavini qatılacaq.
Toplantının gündəliyinə görə, əlaqədar nazirliklərin nazir müavinləri, YÖK prezidenti və digər nümayəndələr toplantıya dəvət olunacaq. İdarə Heyətinə tövsiyələr vermək üçün özəl sektorun, elm və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edəcəyi “Süni Zəka Ekosistem Məsləhət Qrupu” yaradılacaq.
Bazarın həcmi ikiqat artacaq
Strategiyaya görə, təxminən 50 milyard dollar olan qlobal SZ xərclərinin 5 il ərzində 2 dəfə artacağı gözlənilir. Bir çox araşdırmaya görə, SZ 2030-cu ilə qədər dünya iqtisadiyyatına 13-15,7 trilyon dollar qatqı edəcək və 13-14 faizlik artım təmin edəcək.
2025-ci ildə dünya üzrə orta hesabla adam başına 19 terabayt məlumat olacaq. Önümüzdəki 3 ildə istehsal ediləcək məlumatların son 30 ildə istehsal edilən məlumatlardan daha çox olacağı proqnozlaşdırılır. ABŞ və Çində SZ-yə əsaslanan müəssisələrin sayı 2 minə çatırsa, Türkiyədə bu rəqəm 200-ə yaxındır. Türkiyədəki SZ təşəbbüslərinin təxminən yarısı texnoparklarda, 73 faizi İstanbulda yerləşir.
Türkiyədə SZ-yə doğru ilk addımı professor Cahit Arf tərəfindən atılıb. Cahit Arf 1959-cu ildə Ərzurum Atatürk Universitetində “Maşınlar Düşünə bilirlər və Necə Düşünə bilərlər?” mövzusunda təqdimat həyata keçirib. Strategiyanın hazırlanması zamanı Cahit Arfın “Biliyə olan ehtirasımızın özünə yol tapması sağlam düşüncədə güvənin yayılmasından asılıdır” cümləsindən ilham alınıb.
Strategiya Sənədi 40 dövlət qurumu, 26 akademiya, 38 özəl sektor təşkilatı, 4 qeyri-hökumət təşkilatı, 2 peşə təşkilatı və 4 beynəlxalq təşkilatla həyata keçirilən işlərlə hazırlanıb. İqtisadi və sosial həyatda SZ ilə ortaya çıxan paradiqma dəyişikliyinin formalaşdırdığı qlobal tendensiyalar təhlil edilib.
SZ tədqiqatları
Türkiyədəki ictimai qurumları yeni nəsil texnologiyalara hazır vəziyyətə gətirmək və məlumata əsaslanan təsirli qərar vermə proseslərinə sahib olmaq səyləri davam edir. Bu çərçivədə, Prezident Administrasiyasının Rəqəmsal Dönüşüm Ofisi daxilində “Big Data və Süni Zəka Tətbiqləri Şöbəsi”, Sənaye və Texnologiya Nazirliyində “Milli Texnologiya Baş İdarəsi” qurulub.
TÜBİTAK Süni Zəka İnstitutu universitetlərin və sektorların araşdırma mərkəzlərini bir araya gətirərək SZ texnologiyası istehsalı üçün katalizator rolunu oynayır.
Bu müddətdə milli SZ layihələri nazirliklər tərəfindən həyata keçirilməyə başlandı. Bu çərçivədə Ədliyyə, Əmək və Sosial Təhlükəsizlik, Daxili İşlər, Təhsil, Səhiyyə və Ticarət, Nəqliyyat nazirlikləri, Müdafiə Sənayesi Komitəsinin həyata keçirdikləri layihələr diqqət çəkib.
Süni Zəka Strategiyasının 24 avqust saat 10:00-da Türkiyənin texnologiya və innovasiya mərkəzində təşkil ediləcək mərasimlə ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Sənaye və Texnologiya naziri Mustafa Varank və Rəqəmsal Dönüşüm Ofisinin rəhbəri Ali Taha Koçun qatılacağı təqdimat toplantısında SZ texnologiyalarından da istifadə ediləcək.
Oxşar məqalələr
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı